“AzRT MMC” Azərbaycan Respublikasının daim inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdəndir. Şirkətimizin əsası 2010-ci ildə qoyulmuşdur.
Şirkətimiz öz fəaliyyətində müştəri məmnuniyyəti, keyfiyyətli xidmət və servis, daim yeni texnologiyaların tətbiqi və s. prinsiplərini rəhbər tutur. Biz Zebra, Lenovo, Dell, Asus, Acer, ZKTeco, Injes, Avigilon, Dahua, Hikvision, Rynantech, XPrinter, DKZ cable, HP, Huawei, Cisco, Grandstream, Epson, Canon və s. bunun kimi dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edirik. Hədəfimiz təkcə ölkəmizdə deyil, bütün dünya markaları arasında yer tutmaq, bir Azərbaycan brendini dünyaya tanıtmaqdır
Şirkətimizin fəaliyyət dairəsinə yalnız satış deyil eyni zamanda IT sahəsində məsləhət xidmətləri, o cümlədən, həllər daxildir.
Həyata keçirdiyimiz bütün layihələr – hazırladığımız həllər və göstərdiyimiz xidmətlər – müştəri məmnuniyyətinə yönəlikdir. Bizim fəaliyyətimizin əsas istiqaməti müştəriyə yüksək xidmət göstərmək və müştərilərimizin biznesinin effektivliyini artırmaq üçün faydalı olmaqdır. Rəqabətli ticarət — bu bizim biznesimizin əsas şüarıdır. Bizim inkişafımızın sürəti — rəqabət üstünlüyümüzdür. Məhsullarımız, proseslər və yanaşmalarımız daim inkişafa yönəlikdir.
AzRT MMC şirkəti Azərbaycanın yerli IKT bazarının inkişafı və ölkəmizdə yeni informasiya texnologiyaların tətbiqi məqsədilə öndə gedən Avropa və Amerika şirkətlərinin ən son və qabaqcıl texnologiyalarının tətbiqini həyata keçirir.
Ən qabaqcıl texnologiyaları tətbiq etməklə, biz istər ofis şəraitində istərsədə anbarınızda gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək edirik.